|
18 mart 2013, 18:05
İlham Əliyev Böyük Britaniyanın ölkəmizdəki səfirini qəbul etmişdir
Prezident İlham Əliyev Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Piter Beytmanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Həyatının əhəmiyyətli hissəsini Azərbaycanda keçirdiyini vurğulayan səfir Piter Beytman ölkəmizə səmimi duyğular bəslədiyini dedi. Britaniyalı diplomat bundan sonrakı fəaliyyətində də ikitərəfli münasibətlərimizin genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında regional təhlükəsizlik və əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyan tərəfdaşlıq əlaqələrinin yaradılmasından məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzuladı. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.