Gerb

18 mart 2013, 19:50

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə və miqrasiya orqanlarında səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilsinlər:

Abdullayev İsmayıl Əli oğlu
Əhmədov Əsgər Məmməd oğlu
Kazumov Orxan Vahid oğlu
Mehdiyev Əli Mehdi oğlu
Nağıyeva Aygün Nizami qızı.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2013-cü il.