|
19 mart 2013, 17:20
“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 136; 2001, № 11, maddə 669; 2002, № 6, maddə 328; 2006, № 2, maddə 64, № 11, maddə 933; 2007, № 11, maddə 1053; 2008, № 8, maddə 701, № 10, maddə 886; 2009, № 4, maddə 211, № 7, maddə 519; 2011, № 12, maddə 1087; 2012, № 2, maddə 49) aşağıdakı dəyişikliklər edilsin: 1.1. Qanunun adından, 1-ci maddəsindən və həmin Qanunla təsdiq edilmiş Əsasnamənin adından “və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin” sözləri çıxarılsın. 1.2. Həmin Qanunla təsdiq edilmiş Əsasnamədə: 1.2.1. 31-36-cı maddələr və 4 saylı Əlavə ləğv edilsin; 1.2.2. 37-ci maddədən “, habelə Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbiyə”, “və əcnəbidən” sözləri çıxarılsın; 1.2.3. 38-ci maddədən “və əcnəbilərə” sözləri çıxarılsın;
1.2.4. 39-cu maddədən “və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin” sözləri çıxarılsın.
İlham Əliyev Bakı şəhəri, 5 mart 2013-cü il. 18 mart 2013, 10:45
“Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq konfransın açılışında İlham Əliyevin nitqi
more...
19 mart 2013, 18:10
“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 584-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.