Gerb

19 mart 2013, 18:15

Hörmətli cənab Prezident,

Tunis Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Tunis münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edərək xalqlarımızın rifahına xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 mart 2013-cü il.