|
19 mart 2013, 20:10
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 14; 2001, № 11, maddə 669; 2002, № 5, maddə 237; 2006, № 6, maddə 478; 2007, № 8, maddə 756, № 11, maddə 1075; 2008, № 8, maddə 701, № 10, maddə 886; 2009, № 4, maddə 211, № 7, maddə 519; 2010, № 3, maddə 171) aşağıdakı dəyişikliklər edilsin: 1.1. 2-ci və 5-ci maddələrdən “və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin” sözləri çıxarılsın. 1.2. 10-cu maddənin “e” bəndi və 20-23-cü maddələr ləğv edilsin 1.3. 18-ci maddə aşağıdakı redaksiyada verilsin: “18. Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs (bundan sonra - “əcnəbi”) mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə, turist bazasına, xəstəxanaya, digər belə ictimai yerə, mənzilə, başqa yaşayış sahəsinə gəldikdə həmin yerin müdiriyyəti və ya yaşayış sahəsinin sahibi (bundan sonra - “qəbul edən tərəf”) 3 gün ərzində əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi (6 saylı Əlavə) və həmin şəxsin pasportunun surətini poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Ərizə-anketin blankları müvafiq icra hakimiyyəti orqanından və ölkə üzrə bütün poçt şöbələrindən əldə edilir. Ərizə-anketin elektron forması müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilir. Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbini olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində qəbul edən tərəfə yazılı məlumat verir. Əcnəbilər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:
- viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə; Əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Əcnəbilər olduğu yerdən getdikdə, qəbul edən tərəf bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılır. Qeydiyyat müddəti başa çatdıqda əcnəbilər qeydiyyatdan çıxarılmış hesab edilir. Əcnəbi olduğu yeri dəyişdikdə, o, bu maddədə nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır .”. 1.4. 23-1-ci və 23-2-ci maddələrdən ismin müvafiq hallarında verilmiş “və ya vətəndaşlığı olmayan şəxslər” və “və ya vətəndaşlığı olmayan şəxs” sözləri çıxarılsın. 1.5. 6 saylı Əlavənin yeni redaksiyası təsdiq edilsin (əlavə olunur). Maddə 2. Bu Qanun 2013-cü il aprelin 1-dən qüvvəyə minir.
İlham Əliyev Bakı şəhəri, 5 mart 2013-cü il. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.