Gerb

28 mart 2013, 18:15

Çox hörmətli Prezident!

Bu günlər kəndimizin əhalisinin sevincinin həddi-hüdudu yoxdur. Sizin bizim Mollabürhanlı kəndinin yolunun tikintisi üçün vəsait ayırmağınız bir daha göstərdi ki, Azərbaycanın ən ucqar kəndi belə ölkə başçısının diqqətindən kənarda qalmamışdır. Biz, Mollabürhanlı kəndinin bütün sakinləri Sizə söz veririk ki, qarşıdan gələn növbəti prezident seçkilərində Sizi dəstəkləyəcəyik.

Hörmətlə,

Mollabürhanlı kənd ziyalıları.

Azərbaycan Respublikası, Xaçmaz rayonu, Mollabürhanlı kəndi.