|
29 mart 2013, 19:00
İlham Əliyev Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa edilən yeraltı avtomobil dayanacağında, yerüstü park, bağ və fəvvarələr kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva martın 29-da Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa edilən yeraltı avtomobil dayanacağında, yerüstü park, bağ və fəvvarələr kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşlar. Dövlətimizin başçısının tapşırıqlarına əsasən Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq davam etdirilir. Bakı şəhərində park və xiyabanlar müasir şəkildə yenidən qurulur, yaşıllıq zolaqları salınır, yeni istirahət guşələri yaradılır. Paytaxtın Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında yeraltı avtomobil dayanacağının üstündə müasir park kompleksinin inşa olunması şəhərimizin simasının daha da yenilənməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir. Azərbaycan Prezidenti kompleksdə inşaat işlərini daim nəzarətdə saxlayır, burada aparılan tikintinin gedişi ilə mütəmadi olaraq maraqlanır. Dövlətimizin başçısı avtomobili özü idarə edərək əvvəlcə yeraltı avtomobil dayanacağına gəldi. Bu dayanacaq avtomobil tutumuna görə dünyada ən böyük dayanacaqlardan biridir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeraltı avtomobil dayanacağından keçib yerüstü park kompleksinə gəldilər. Yeni salınan bu park kompleksi şəhərin içərisində ən böyük parkdır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov park kompleksinin layihəsi əsasında Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, 7 hektar ərazisi olan parkın 29 min kvadratmetrlik sahəsinə qranit plitə döşənəcəkdir. Hazırda 20 min kvadratmetrlik sahəyə qranit plitələr döşənmişdir. Park kompleksinin 6 min kvadratmetrlik sahəsinə asfalt örtük çəkiləcəkdir. Kompleksin 35 min kvadratmetrlik ərazisində yaşıllıq zolaqları salınacaqdır. Həmin əraziyə 35 min kubmetr əkin torpağının töküldüyü bildirildi. Burada 2000-ə yaxın ağac, 10 minə yaxın isə bəzək kolu, çoxlu sayda gül və çiçək əkiləcəyi, ərazinin bütünlüklə yaşıl otlarla örtüləcəyi qeyd olundu. Bildirildi ki, parkda ən müasir tələblərə cavab verən 5 fəvvarə inşa olunacaq və bu fəvvarələrin ayrıca stansiyası olacaqdır. Yaşıllıq zolaqları avtomat sistemlə suvarılacaqdır. Park kompleksində yeni yarımstansiyanın quraşdırılacağı və ən müasir işıqlandırma sistemi ilə təchiz olunacağı qeyd edildi. Parkda üç yay kafesi fəaliyyət göstərəcəkdir. Kompleksin ətrafındakı binalarda və ərazilərdə əsaslı şəkildə abadlıq və quruculuq işlərinin də həyata keçiriləcəyi bildirildi. Dövlətimizin başçısı paytaxtın Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında salınan park kompleksində aparılan inşaat işləri ilə bağlı müvafiq tövsiyələrini verdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.