|
02 aprel 2013, 13:10
İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvatın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlıq və dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu əməkdaşlığın ölkələrimizin sərhəd xidmətləri arasında əlaqələrin inkişafına da müsbət təsir edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişafında siyasi və iqtisadi əlaqələrlə yanaşı təhlükəsizlik məsələlərinin də mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Hər bir ölkənin təhlükəsizliyinin təmin olunmasında sərhəd xidmətinin önəmini qeyd edən dövlətimizin başçısı ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Paytaxtımızda gedən böyük inkişaf proseslərinin şahidi olduqlarını deyən Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvat dost Azərbaycanın son illər əldə etdiyi yüksək nailiyyətlərə sevindiklərini vurğuladı. Zumeyyim bin Cuveybir Əs-Səvvat ölkələrimizin sərhəd xidmətləri arasında əməkdaşlığın yaxın gələcəkdə inkişaf etdiriləcəyinə və bu sahədə qarşılıqlı əlaqələrin Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.