Gerb

02 aprel 2013, 13:45

Möhtərəm Prezident!

Ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş qüdrətli Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmət edən məqsədyönlü siyasətinizin bəhrələri göz qabağındadır və bütün Azərbaycan xalqı kimi biz də bu nəticələrlə fəxr edirik.

Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq Zərdab rayonunda da geniş tikinti-quruculuq və abadlıq işləri aparılır və rayonumuz gündən-günə daha da inkişaf edir, gözəlləşir. Son il yarım ərzində Zərdaba iki dəfə səfər etməyiniz rayonumuza göstərdiyiniz yüksək diqqət və qayğının əyani təzahürüdür. Zərdaba son səfəriniz çərçivəsində biz ağsaqqallar üçün Heydər Əliyev parkında istifadəyə verilən Veteranlar evinə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Sizin tapşırığınıza əsasən Zərdab şəhərinə Ağsu rayonunun Küllülü mənbəyindən içməli su xətti çəkilir, kəndlərimizə təbii qaz xətlərinin çəkilişi sürətlənmişdir.

Sizin Sərəncamınıza əsasən Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolu əsaslı şəkildə təmir olunur. Bu, respublika əhəmiyyətli yol olmaqla yanaşı, bu kəndlərin əhalisinə böyük hədiyyədir.

Hörmətli cənab Prezident!

Bizə göstərdiyiniz qayğıya görə rayon ağsaqqalları və veteranları adından Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı arzulayırıq. Bu il keçiriləcək Prezident seçkilərində birmənalı olaraq Sizin namizədliyinizi dəstəkləyəcək, tərəqqi və inkişafa səs verəcəyik.

Rayon ağsaqqalları və veteranları adından dərin hörmətlə,

1.Həsənov Hüseyn Dəmir oğlu
2.Heydərov Muradalı Şafaqat oğlu
3.İxtiyarov Xalid Bəbiş oğlu
4.Eyvazov Məktub Nəmi oğlu
5.Abdullayev Ataş Abdulla oğlu
6.Kərimov Faxrət İbrahim oğlu
7.Qədirov Həmid Qədir oğlu
8. Dadaşov Tapdıq Xası oğlu
9.Bağırov Mirağa Tənzil oğlu və başqaları.

Azərbaycan Respublikası, Zərdab rayonu.