Gerb

02 aprel 2013, 14:10

Möhtərəm Prezident!

Sizin rəhbərliyinizlə dövlətimizin ölkə vətəndaşlarına olan qayğısı sayəsində biz rahat və təhlükəsiz yaşayır və fəaliyyət göstəririk. Allaha çox şükürlər olsun ki, Sizin kimi qayğıkeş insan bizə rəhbərlik edir.

Bu qış biz mənzillərimizdə istilik sisteminin fasiləsiz işləməsindən çox razı qaldıq. “Azəristiliktəchizat” ASC-nin əməkdaşlarının gündəlik nəzarəti nəticəsində istiliyin verilməsində heç bir dayanma halı baş verməmişdir. İçməli su təchizatından da heç bir problemimiz yoxdur.

Hörmətli cənab Prezident, bizə göstərdiyiniz diqqətə və qayğıya görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Biz Sizin daxili və xarici siyasətinizi dəstəkləyir və Sizinlə fəxr edirik. Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.

Həsənoğlu küçəsinin sakinləri adından dərin hörmətlə,

1. Naibə Abbasova
2. Abdulla Babayev
3. Natəvan Mustafayeva
4. Məfkurə Hüseynova
5. Sevda Balağayeva
6. Ceyhun Mirzəyev
7. Gülyaz İsmayılova
8. Nəcabət Mirzəyeva
9. Xalidə Əliyeva.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR