|
25 sentyabr 2010, 13:13
Mirzəbaba Dəmirov və digərlərindən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident! Neft-qaz sənayesi Azərbaycan iqtisadiyyatının ən qədim və ən mühüm sahələrindən biridir. Müstəqil dövlətimizin memarı, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyası Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxarmışdır və ölkənin bu yolla inamla irəliləməsində müstəsna əhəmiyyət daşıyır. İqtisadi qüdrəti gündən-günə artan, beynəlxalq mövqeləri möhkəmlənən, regionun lider dövlətinə çevrilən respublikamız hazırda müasir tarixin sosial-iqtisadi yüksəliş dövrünü yaşayır. Zati-alinizin də dəfələrlə qeyd etdiyi kimi, bu yüksəliş neft strategiyasının uğurları ilə bilavasitə bağlıdır. Biz neftçilər xalqımızı, dövlətimizi qələbələrdən qələbələrə aparan və bu gün Sizin – Ulu öndərin siyasi kursunun ən layiqli davamçısının müdrik rəhbərliyi altında ardıcıl olaraq həyata keçirilən bu dahiyanə strategiyanın icra olunmasında iştirak etməkdən qürur duyuruq. Sevinir və fəxr edirik ki, son illər dünyanın aparıcı neft, qaz və neft məhsulları ixracatçıları sırasında layiqli yer tutan Azərbaycanda kəşfiyyat, qazma, hasilat, emal sahələrində böyük uğurlar qazanılır. Bu nailiyyətlər ölkə həyatının bütün sahələrində - elmdə, səhiyyədə, mədəniyyətdə, təhsildə, idmanda da inkişafa müsbət təsirini göstərir. Azərbaycan iqtisadi inkişaf tempinə görə son illər misli görünməmiş tərəqqiyə nail olmuşdur. Bütün bu tarixi işlərdə Azərbaycan neftçiləri Sizin layiqli köməkçilərinizdirlər. Biz həmişə olduğu kimi, bu gün də Vətənimizin daha da qüdrətlənməsi naminə var gücümüzlə çalışırıq. Dövlətimiz neftçi əməyini həmişə yüksək qiymətləndirir, neft-qaz sənayesinin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Bu qayğının və diqqətin ən böyük təzahürü ulu öndər Heydər Əliyev tərəfindən “Əsrin müqaviləsi”nin imzalandığı 20 sentyabr gününün “Neftçilər günü” elan edilməsi olmuşdur. Hər il xalqımız neftçilərin peşə bayramını böyük təntənə ilə qeyd edir. Bu bayram münasibəti ilə qabaqcıl neftçilərimizin fəxri adlara layiq görülməsi, orden-medallarla təltif olunması da xoş bir ənənə halını almışdır. Möhtərəm cənab Prezident! Hər il olduğu kimi, bu il də peşə bayramımız ərəfəsində Sizin Sərəncamlarınızla neftçilərin böyük bir qrupu yüksək dövlət mükafatlarına layiq görülmüşdür. Bu xoşbəxtlik bizlərə də müəssər olmuşdur. Həyatımızın bu əlamətdar günündə Zati-alinizə müraciət etməkdən böyük şərəf duyur, ilk növbədə öz adımızdan, çoxminli Azərbaycan neftçiləri adından Sizə dərin minnətdarlığımızı və sonsuz təşəkkürümüzü bildiririk. Bizi layiq gördüyünüz bu mükafatlar bütün neftçilər ordusunun rəşadətli əməyinə verdiyiniz yüksək qiymətin növbəti təzahürüdür. Ölkəmizin neft-qaz sənayesini daim diqqət mərkəzində saxladığınıza, Dövlət Neft Şirkətinin inkişafına böyük qayğı ilə yanaşdığınıza görə neftçilərimiz Sizə minnətdardırlar. Onlar bu gün də Sizi öz sıralarında hiss edir, Sizə dərin ehtiram bəsləyirlər. Zati-Aliləri!
Azərbaycan neftçiləri xalqımızın rifahının yüksəldilməsi yolunda gördüyünüz bütün işlərdə Sizi daim dəstəkləmişdir. İcazə verin, Sizi bir daha əmin edək ki, qarşımıza qoyduğunuz vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gəlmək, Sizin uğurla davam etdirdiyiniz Heydər Əliyev neft strategiyasını yeni-yeni qələbələrə aparmaq üçün yorulmaq bilmədən əzmkarlıqla çalışacağıq. Sizə bir daha sonsuz minnətdarlığımızı bildirir, Vətənimiz Azərbaycanın qüdrətlənməsi naminə həyata keçirdiyiniz möhtəşəm işlərdə yeni-yeni uğurlar arzulayırıq.
Mirzəbaba Dəmirov AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.