Gerb

03 aprel 2013, 14:20

Hörmətli cənab Prezident!

Ölkəmizdə təhsilin inkişafına görə biz ulu öndər Heydər Əliyevə borcluyuq. Ulu öndər həmişə bu sahəni diqqət mərkəzində saxlayaraq demişdir: “Təhsil millətin gələcəyidir!”

Çox hörmətli Prezident, Siz ulu öndərin siyasətini layiqincə davam etdirərək təhsilin inkişafına böyük qayğı göstərirsiniz. İndi ölkəmizin hər yerində məktəb binaları təmir edilir, yeniləri tikilir, onlar müasir avadanlıqlarla təchiz edilir, təhsilin keyfiyyəti daha da yaxşılaşır. Bunun bariz nümunəsi kimi Ağcabədi rayonunun Yeni Qaradolaq kənd tam orta məktəbinə yeni binanın tikintisini göstərmək olar.

Möhtərəm Prezident, bu diqqət və qayğıya görə məktəbimizin kollektivi adından Sizə uzun ömür, cansağlığı arzulayıram. Qoy ulu Tanrı xeyirxah amallar uğrunda yorulmaz fəaliyyətinizdə Sizə yardımçı olsun!

Dərin hörmətlə.

İsmayılov Tahir Hüsü oğlu, direktor.

Azərbaycan Respublikası, Ağcabədi rayonu,

Yeni Qaradolaq kəndi. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR