04 aprel 2013, 11:20

Tofiq Mehdiyevdən, Moskva, Rusiya

Hörmətli cənab Prezident!

Biz, Moskva şəhərində yaşayan Xaçmaz rayonunun Qımılqışlaq kəndinin sakinləri eşitdik ki, kəndimizdə Sizin Sərəncamınıza əsasən yeni yolun tikintisinə başlanmışdır və ona iri məbləğdə maliyyə vəsaiti ayrılmışdır. Bu xəbər bizi çox sevindirdi.

Buna görə Sizə səmimi minnətdarlığımızı bildirir, möhkəm cansağlığı və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Moskvada yaşayan Qımılqışlaq

kənd sakinləri adından

Tofiq Mehdiyev, sahibkar

Rusiya Federasiyası, Moskva şəhəri