|
04 aprel 2013, 13:15
Aqil Abbasdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident! Azərbaycan ədəbiyyatının (təkcə klassiklərimizin deyil, həm də müasir şair və yazıçılarımızın əsərlərini) latın qrafikası yüksək tirajla nəşr edilərək yeni nəslə çatdırılması, görkəmli ədiblərimizin yubiley tədbirlərinin təkcə ölkəmizdə deyil, həm də dünyanın müxtəlif ölkələrində keçirilməsi, onların əsərlərinin nəfis şəkildə nəşrləri, adlarının ədəbiləşdirilməsi, elm və incəsənət xadimlərinə, yaradıcı şəxslərə Prezident təqaüdünün verilməsi, dünya ədəbiyyatı nümunələrinin orijinaldan birbaşa doğma dilimizə tərcümə olunması, ən inkişaf etmiş ölkələrdə Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılması, yuxarıda qeyd etdiyim kimi məhz Sizin ədəbiyyatımıza, mədəniyyətimizə və incəsənətimizə xüsusi diqqət və qayğınızın təzahürüdür. Hörmətli cənab Prezident, Sizin uğurlu iqtisadi siyasətiniz nəticəsində Azərbaycan regionda lider dövlətə çevrildiyi kimi, mədəni inkişaf baxımından da təkcə regionda deyil, Avropada söz sahibidir. Paris, Roma kimi Bakı da Avropanın mədəniyyət mərkəzinə çevrilmişdir. Dünyanın bir çox beynəlxalq iqtisadi və mədəni forumları, konqresləri və tədbirlərinin Bakıda keçirilməsi buna əyani sübutdur. Onu da qeyd edim ki, ölkəmizin iqtisadi inkişafı nəticəsində bu tədbirlər təkcə Bakıda deyil, bölgələrdə də yüksək səviyyədə və uğurla keçirilir. Möhtərəm Prezident, mənim üçün bu əziz gündə fürsətdən istifadə edib həm öz adımdan, həm də ssenari müəllifi olduğum “Dolu” filminin bütün yaradıcı heyəti adından Sizə təşəkkürümü bildirirəm. Sizin Sərəncamınız və Mədəniyyət və Turizm Nazirliyinin dövlət sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan bu film artıq xarici dillərə tərcümə olunmuş və dünyanın bir neçə ölkəsində uğurla nümayiş etdirilməkdədir. Bu filmin Tbilisidə təqdimat mərasimi keçirilərkən Gürcüstan kino ictimaiyyətini inandıra bilmirdik ki, bu film, eləcə də hər il çəkilən neçə-neçə bədii, sənədli filmlər, televiziya serialları məhz Sizin müvafiq Sərəncamınızla, dövlət vəsaiti hesabına ekranlaşdırılır. Onlar bizim dediklərimizə əmin olduqdan sonra mədəniyyət və incəsənətə belə diqqət və qayğı göstərdiyinizə görə Sizə Gürcüstanın kino ictimaiyyətinin də minnətdarlığını çatdırmağı xahiş etdilər. Çox hörmətli Prezident, Qarabağdan seçilmiş millət vəkili kimi bildirmək istəyirəm ki, Qarabağ camaatı Sizin xarici və daxili siyasətinizi yüksək qiymətləndirir, Sizin Ali Baş Komandan kimi tezliklə işğal olunmuş torpaqlarımızı düşməndən azad edəcəyinizə və Müqəddəs Bayrağımızı Şuşada dalğalandıracağınıza inanırlar. Möhtərəm Prezident, məni bu ali mükafata layiq gördüyünüzə görə həm öz adımdan, həm də Məmməd Araz ailəsi adından bir daha Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Çalışacağam ki, bu etimadı yeni-yeni əsərlərimlə doğruldum. Sizə uzun ömür, cansağlığı və Azərbaycanın müstəqilliyi, dünyada qüdrətli dövlətə çevrilməsi istiqamətində fəaliyyətinizdə uğurlar arzulayıram. Tanrı Azərbaycanımızı qorusun! Tanrı Sizi qorusun!
Hörmətlə, Azərbaycan Respublikası, Bakı şəhəri. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.