Gerb

08 aprel 2013, 15:00

Hörmətli cənab Prezident!

Britaniyanın mötəbər jurnalı tərəfindən dünyada “İlin adamı” adına layiq görülməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Xalqımızın rifahı naminə gördüyünüz işlər sayəsində Siz təkcə ölkəmizdə deyil, bütün dünyada böyük nüfuz qazanmısınız. İndi Azərbaycan yalnız sosial-iqtisadi məsələlərdə deyil, mədəniyyət və incəsənət sahələrində də yüksək nailiyyətləri ilə dünyanın hər yerində tanınmışdır.

Hörmətli cənab Prezident! Sizə möhkəm cansağlığı, Azərbaycanımızın qüdrətlənməsi və inkişafı yolunda gərgin işlərinizdə uğurlar arzulayıram.

Allah Sizi xalqımıza çox görməsin!

Dərin hörmətlə,

Respublikanın Xalq Artisti, “Şöhrət” və “İstiqlal” ordenli Habil Əliyev.

Azərbaycan Respublikası, Bakı şəhəri.