|
08 aprel 2013, 14:00
Vaqif Məmişovdan, Sankt-Peterburq, Rusiya
Hörmətli cənab Prezident! İcazə verin, Britaniyanın nüfuzlu jurnalının Sizi dünyada “İlin admı” elan etməsi ilə bağlı Rusiya Federasiyasında, Sankt-Peterburqda yaşayan bütün azərbaycanlılar adından Zati-alinizi səmimi qəlbdən təbrik edim. Siz son illərdə Azərbaycanın dinamik inkişafının təmin olunmasına əhəmiyyətli töhfə vermisiniz. Ölkənin dünyanın geosiyasi məkanında fəal roluna, BMT-nin Təhlükəsizlik Şurasının üzvü qismində qlobal məkanda sülhün və təhlükəsizliyin təmin olunmasına töhfəyə, Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi humanitar forumların, konfrans və idman yarışlarının keçirilməsi mərkəzinə çevrilməsinə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu mükafat Azərbaycanda Sizin rəhbərliyiniz altında aparılan uğurlu daxili və xarici siyasətə dünya birliyinin verdiyi yüksək qiymətin nümunəsidir. Azərbaycanın inkişafı naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Sizə uzun ömür və cansağlığı diləyirəm. Qoy, Tanrı ailəniz və Azərbaycan xalqı naminə Sizi hifz etsin! Cənab Prezident, biz Sizinlə qürur duyur və Sizin üçün dua edirik. Sankt-Peterburqda yaşayan azərbaycanlılar öz Prezidentini həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəklər.
Dərin hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.