Gerb

08 aprel 2013, 16:00

Hörmətli cənab Prezident!

Respublikamızın regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə göstərdiyiniz qayğının bariz nümunəsini rayonumuzun hərtərəfli tərəqqisində də aydın görürük.

Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da möhtəşəm quruculuq-abadlıq işləri həyata keçirilir. Rayonumuzun ərazisində yol infrastrukturunun təkmilləşdirilməsində müstəsna əhəmiyyət kəsb edən “Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə əlavə tədbirlər haqqında” Sərəncamınız qəsəbəmizin çoxsaylı ziyalıları tərəfindən sonsuz sevinc və minnətdarlıq hissi ilə qarşılanmışdır.

Rayonumuzun, o cümlədən Güzdək qəsəbəsinin sosial-iqtisadi inkişafına göstərdiyiniz böyük qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənimizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Qəsəbə ziyalıları adından dərin hörmətlə,

Xəlilov Oktay
Daşdiyev Rahim
Hacıağayev Həsən
Əmrahova Suğra
Qəmbərov Kamran və başqaları (cəmi 21 nəfər).

Azərbaycan Respublikası, Abşeron rayonu, Güzdək qəsəbəsi.