Gerb

09 aprel 2013, 17:15

Hörmətli cənab Prezident!

Respublikamızın regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə göstərdiyiniz qayğının bariz nümunəsini rayonumuzun hərtərəfli tərəqqisində də aydın şəkildə görürük.

Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da böyük quruculuq layihələri həyata keçirilir. Rayonumuzun ərazisində yol infrastrukturunun təkmilləşdirilməsində müstəsna əhəmiyyət kəsb edən “Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə əlavə tədbirlər haqqında” Sərəncamınız Güzdək qəsəbə tam orta məktəbinin kollektivi tərəfindən sonsuz sevinc və minnətdarlıq hissi ilə qarşılanmışdır.

Rayonumuzun, o cümlədən Güzdək qəsəbəsinin sosial-iqtisadi inkişafına göstərdiyiniz böyük dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, uzun ömür, Vətənimizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Qəsəbə tam orta məktəbin müəllimləri adından dərin hörmətlə, 

Dadaşov Qasım
Bədəlov Orucəli 
Haqverdiyev Şəfa 
Ağayeva Naidə
Məmmədova Əhiyyə
Bəydəmirova Ağanisə
Xəlilova Gülnarə
Mahmudova Aygün və başqaları (cəmi 35 nəfər). 

Azərbaycan Respublikası, Abşeron rayonu, Güzdək qəsəbəsi.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR