Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Sara Sultanova və başqalarından, Zərdab, Azərbaycan

Text size Plus Minus

10 aprel 2013, 13:00

Möhtərəm Prezident!

Sizin qətiyyətli rəhbərliyiniz sayəsində respublikamızda son 9 ildə qazanılan nailiyyətlər, dünyanı bürüyən iqtisadi böhran şəraitində ümumi məhsul istehsalı üzrə rəqabətqabiliyyətlilik səviyyəsinə görə ölkəmizin dünyada 46-cı, Müstəqil Dövlətlər Birliyi məkanında birinci yeri tutması, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artması, Dağlıq Qarabağ probleminin həlli yolunda həyata keçirilən uğurlu xarici siyasət bütün xalqımızı ürəkdən sevindirir və daha yüksək nailiyyətlər qazanmağa ruhlandırır.

Müstəqil Azərbaycan Respublikasının ulu öndərimizin əsasını qoyduğu siyasi kurs əsasında uğurla idarə olunması, xalqımızın Sizin rəhbərliyiniz altında daha parlaq qələbələrə doğru iri addımlarla irəliləməsi ölkə əhalisini, o cümlədən biz zərdablıları ürəkdən sevindirir.

Son 10 ərzində ölkədə təhsilin hərtərəfli inkişafı ilə bağlı çoxsaylı fərman və sərəncamlar imzalanmış, Sizin tapşırığınıza əsasən hazırlanmış və təhsilin hərtərəfli inkişafına yönəlmiş proqramlar qəbul olunmuşdur. Onların uğurla həyata keçirilməsi müasir təhsilimizin inkişafında mühüm mərhələ olmaqla yanaşı, ulu öndər Heydər Əliyev tərəfindən başlanan təhsil islahatlarının davamı kimi dəyərləndirilir. Biz təhsil işçiləri Sizin müstəqil Azərbaycanın sürətli və dinamik inkişafına, mədəni yüksəlişinə xidmət edən fəaliyyətinizi ürəkdən dəstəkləyirik. Şübhəsiz ki, təhsildə uğurların qazanılmasında başlıca amillərdən biri təhsil üçün normal şəraitin olmasıdır. Böyük diqqət və qayğınız sayəsində son illər ölkəmizdə yeni məktəb binalarının tikilməsi və onların müasir avadanlıqlarla təchiz olunması təhsilin inkişafı üçün əlverişli şərait yaratmışdır.

Hörmətli cənab Prezident, bu gün Sizin diqqət və qayğınız sayəsində Zərdab rayonu sürətlə inkişaf edir, rayonumuz görkəmini büsbütün dəyişmiş, abadlıq işləri geniş vüsət almışdır. Bu işlər ölkəmizin parlaq gələcəyinə böyük ümidlər yaradır.

Rayonumuzda bütün sahələr kimi təhsil sahəsi də inkişafının yeni mərhələsini yaşayır. Sizin diqqət və qayğınız sayəsində son illər rayonumuzda tikilən məktəblərin sayı xeyli artmışdır. Son 5 ildə rayonumuzda 13 məktəb binası tikilmiş, 3 məktəb binasının tikintisi hazırda davam etdirilir.

Rayonumuzun məktəb və müəllimləri arasında « Ən yaxşı ümumtəhsil müəssisəsi » və « İlin ən yaxşı müəllimi » müsabiqəsinin qalibləri də vardır. Sizin imzaladığınız sərəncamlarla rayonda « Əməkdar müəllim » fəxri adına və « Tərəqqi » medalına layiq görülən müəllimlərimizin sayı ilbəil artır.

Əminliklə bildiririk ki, çağdaş təhsilimiz uğurlu sabahının təmin olunmasında biz təhsil işçiləri bundan sonra da bütün qüvvəmizi səfərbər edəcək, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda Sizin ən yaxın köməkçiləriniz olacaq və bu ilin oktyabrında keçiriləcək növbəti Prezident seçkilərində yekdilliklə Sizin namizədliyinizi dəstəkləyəcəyik.

Rayon müəllimləri adından dərin hörmətlə,
Sara Sultanova «Əməkdar müəllim»
Çimnaz Məmmədova «Əməkdar müəllim»
Etibar Niftəliyev «Əməkdar müəllim »
Şəmsiyyə Həsənova «Əməkdar müəllim»
Firuzə Qocayeva «Tərəqqi» medallı
Lalə Əmirəliyeva «Tərəqqi» medallı
Zümrüd Əliyeva «Tərəqqi» medallı
Cəvahir İsmayılova «Tərəqqi» medallı və başqaları.

Azərbaycan Respublikası, Zərdab rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi