|
10 aprel 2013, 12:45
Xanlar Quliyev və başqalarından, Gəncə, Azərbaycan
Möhtərəm Prezident! Bildiyimiz kimi, ulu öndər Heydər Əliyev 80 illik mənalı ömür sürmüşdür ki, bunun da 34 ilini Azərbaycana, o cümlədən 10 ilini müstəqil Azərbaycana rəhbərlik etmişdir. Müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkəmizi dövlət çevrilişi cəhdlərindən, qardaş qırğınlarından xilas etmiş, dövlətçiliyimizin əsasını qoymuş, müstəqilliyimizin dönməzliyini təmin etmişdir. Ulu öndərimizin iki kəlamını xüsusi qeyd etmək istərdik. Ulu öndərimiz demişdir: “Mən gəlmişəm ömrümün qalan hissəsini xalqıma, dövlətimə həsr edim” və gəldi də, etdi də. İkinci deyimi isə bu olmuşdur: “Mən özümdən sonra Azərbaycanın yüksək səviyyədə inkişaf etdirilməsində İlham Əliyevə özüm qədər inanıram”. Bu, həqiqətən də belə oldu. Ulu öndərimizin əsasını qoyduğu daxili və xarici siyasi kursun Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, dövlətimizin daha da qüdrətlənməsi, ölkə regionlarının inkişafı proqramlarının qəbul edilməsi və həyata keçirilməsi, insanların rifahının yüksəldilməsi bütün Azərbaycan xalqı kimi biz gəncəliləri də çox sevindirir. Möhtərəm Prezident, hörmətli Mehriban xanım, bizə göstərdiyiniz diqqət və qayğıya görə, Gəncə şəhərinin əhalisi adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, tutduğunuz çətin və şərəfli yolda uğurlar arzulayırıq.
Dərin hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 15:40
İlham Əliyev Qəbələyə səfəri çərçivəsində Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak etmişdir
14 avqust 2013, 15:20
İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.