Gerb

10 aprel 2013, 13:30

Hörmətli cənab Prezident!

Abşeron rayonunda ildən-ilə geniş vüsət alan genişmiqyaslı quruculuq işləri Sizin Abşeronlulara yüksək diqqətinizdən qaynaqlanır.

Möhtərəm Prezident, Güzdək qəsəbə ağsaqqalları « Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında » Sərəncamınızı rayonumuzun, o cümlədən qəsəbəmizin tərəqqisinə göstərdiyiniz diqqət və qayğının parlaq ifadəsi kimi sonsuz minnətdarlıq hissi ilə qarşılayır, ölkəmizin çiçəklənməsi, iqtisadi qüdrətinin möhkəmlənməsi, beynəlxalq nüfuzun daha da yüksəlməsi naminə titanik fəaliyyətinizdə Sizə uğurlar arzulayır, Ulu Tanrıdan uzun ömür, cansağlığı diləyirlər.

Qəsəbə ağsaqqalları adından dərin hörmətlə,

Soltanov Soltan
Əjdər Heydər oğlu
İlham Əsgərov
Məhərrəm Məhərrəmov
Novruz Novruzov
Həmid Soltanov və başqaları (cəmi 35 nəfər). 

Azərbaycan Respublikası, Abşeron rayonu, Güzdək qəsəbəsi.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR