Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size Plus Minus

10 aprel 2013, 21:35

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 88) aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:

“5. Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin istifadəsini nəzərdə tutan hüquqi aktların layihələri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə ekspertizasının rəyi əlavə edilməklə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi