Gerb

11 aprel 2013, 12:30

Hörmətli cənab Prezident!

Azərbaycanın davamlı inkişafının təminatına çevrilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi şəhər və kəndlərin görkəmini xeyli dəyişmiş, ucqar yaşayış məntəqələrində belə inkişafa doğru geniş imkanlar yaratmışdır. İndi respublikamızın elə bir bölgəsi yoxdur ki, orada geniş quruculuq işləri həyata keçirilməsin. Azərbaycanın şimal bölgəsində yerləşən Xudat şəhərinin abadlaşdırılması üçün Sizin tərəfinizdən göstərilən qayğı biz xudatlıları həddən artıq sevindirmiş və bizi daha həvəslə işləməyə ruhlandırmışdır. Xaçmaz rayonunda gedən geniş quruculuq-abadlıq işləri Xudat şəhərinə də sirayət etmişdir. Amma Sizin Xudatın inkişafı üçün imzaladığınız Sərəncam şəhərimiz üçün tarixi hadisədir. Sevincimizin həddi-hüdudu yoxdur. Belə tarixi sevinci bizə bəxş etdiyinizə görə Sizə Xudat şəhərinin çoxsaylı ziyalıları, hərbçiləri və sadə vətəndaşları adından dərin minnətdarlığımı bildirirəm. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.

Hörmətlə,

Ayaz Mirzəyev,

1 saylı tam orta məktəbin direktoru.

Azərbaycan Respublikası, Xudat şəhəri.