|
11 aprel 2013, 15:45
İlham Əliyev Slovakiyanın Baş nazirinin müavini, xarici və Avropa işləri nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Slovakiya Respublikasının Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycanda bir neçə dəfə səfərdə olduğunu vurğulayan Slovakiya Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Miroslav Layçak ötən dövr ərzində ölkəmizdə gedən çox böyük inkişaf proseslərinin şahidi olduğunu dedi. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının Bakıda keçiriləcək I Ümumdünya Forumunun önəmini qeyd edən qonaq bu tədbirin keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. Dövlətimizin başçısı Miroslav Layçakın Azərbaycana vaxtaşırı səfərlərini ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirdi. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının Bakıda keçiriləcək I Ümumdünya Forumuna toxunan Prezident İlham Əliyev tədbirin uğurlu olacağına və Forumun ənənəvi xarakter alacağına əminliyini bildirdi. Görüşdə Azərbaycan ilə Slovakiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 11 aprel 2013, 15:30
“Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 586-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.