|
11 aprel 2013, 16:00
İlham Əliyev Ukraynanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Ukraynanın Baş nazirinin müavini Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Baş nazirin müavini Konstantin Qrişenko Ukrayna Prezidenti Viktor Yanukoviçin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Ukrayna Prezidentinin Azərbaycan Prezidenti ilə görüşlərini məmnunluqla xatırladığını dedi.
Prezident İlham Əliyev dövlət başçıları arasında mövcud olan dostluq əlaqələrinin ölkələrimizin ikitərəfli münasibətlərinin möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi. Ölkələrimiz arasında dostluq, tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı bu münasibətlərin müxtəlif sahələrdə gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirdi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.