|
11 aprel 2013, 16:05
İlham Əliyev Türkiyənin meşə və su işləri nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Türkiyə Respublikasının meşə və su işləri naziri Veysəl Eroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Nazir Veysəl Eroğlu Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu vurğulayan Veysəl Eroğlu ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsinin önəmini qeyd etdi. Azərbaycanda çox böyük inkişafın şahidi olduğunu deyən türkiyəli nazir əldə edilən böyük uğurlar münasibətilə dövlətimizin başçısını təbrik etdi. Dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin ayrı-ayrı nazirlikləri, o cümlədən ekologiya və ətraf mühitlə bağlı qurumlar arasında əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etdi. Ekologiyanın mühüm bir sahə olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanda da son illər ekoloji məsələlərin həlli ilə bağlı böyük işlərin görüldüyünü dedi. Prezident İlham Əliyev nazir Veysəl Eroğlunun ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından önəmli olacağını bildirdi. Dövlətimizin başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Respublikasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.