Gerb

11 aprel 2013, 18:45

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununu “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 443-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 561; 2000, № 3, maddə 136; 2003, № 4, maddə 178; 2004, № 3, maddə 133; 2006, № 12, maddə 1005; 2010, № 3, maddə 172; 2011, № 3, maddə 162) 12-ci maddəsində “İnformasiya Məsələləri üzrə müvəkkilə” sözləri “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana)” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2013-cü il.