|
15 aprel 2013, 15:00
İlham Əliyev Fransanın “ASTRİUM” şirkətinin prezidenti və baş direktorunu, “European Aeronautic Defence and Space” şirkətinin beynəlxalq məsələlər üzrə direktorunu qəbul etmişdir
Prezident İlham Əliyev Fransanın “ASTRİUM” şirkətinin prezidenti və baş direktoru Fransua Oku, “European Aeronautic Defence and Space” şirkətinin beynəlxalq məsələlər üzrə direktoru Jan-Pyer Talimonini qəbul etmişdir. Görüşdə iştirak edən Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycanın ilk süni peykinin orbitə buraxılmasını tarixi hadisə kimi qiymətləndirdi və Fransa hökumətinin ölkəmizin kosmos proqramlarının həyata keçirilməsinə bundan sonra da dəstək verəcəyini vurğuladı. Fransanın “ASTRİUM” şirkətinin prezidenti və baş direktoru Fransua Ok rəhbərlik etdiyi şirkətin bu sahədə Avropanın ən böyük şirkətlərindən biri olduğunu vurğulayaraq şirkətin həyata keçirdiyi layihələr barədə dövlətimizin başçısına məlumat verdi. Azərbaycanın ilk süni peykinin orbitə buraxılmasını kosmos sənayesinin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirən dövlətimizin başçısı göstərilən dəstəyə görə təşəkkürünü bildirdi. Fransanın bir çox sahələrdə ölkəmizin əsas tərəfdaşlarından biri olduğunu vurğulayan Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının inkişafı və kosmos texnologiyası sahəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. 01 aprel 2013, 14:00
“Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır” – İlham Əliyev
more...
AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.