|
15 aprel 2013, 20:00
İlham Əliyev Hacıqabul rayonuna səfərə gəlmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunda səfərdə olmuşdur. Dövlətimizin başçısı əvvəlcə Hacıqabul şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu. X X X Sonra Prezident İlham Əliyev yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış oldu. Bildirildi ki, burada Ulu Öndərin müxtəlif vaxtlarda Hacıqabula səfərlərini, rayon sakinləri ilə görüşlərini əks etdirən maraqlı fotolar toplanmışdır. Bundan başqa, Mərkəzdə gənclərin ilkin sənət vərdişlərinə yiyələnmələri üçün müxtəlif dərnəklər fəaliyyət göstərəcəkdir. X X X Sonra dövlətimizin başçısı İlham Əliyev Hacıqabulun mərkəzindəki Heydər Əliyev parkını gəzdi. Rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov Azərbaycan Prezidentinə məlumat verdi ki, 2011-ci ilin sentyabrından parkda yenidənqurma işlərinə başlanılmışdır. X X X Hacıqabula səfəri çərçivəsində Prezident İlham Əliyev rayonun Rəncbər-Qubalı Baloğlan–“Pir Hüseyn” Xanəgahı avtomobil yolunun açılış mərasimində iştirak etdi. Dövlətimizin başçısına yolun parametrləri, respublika əhəmiyyətli digər yollarda aparılan işlər, Hacıqabul-Paşalı-Tağılı avtomobil yolu barədə məlumat verildi. Prezident İlham Əliyev kənd sakinləri ilə görüşdü. Təzə çəkilən yolun əhəmiyyətindən danışan dövlətimizin başçısı yolların hər bir yaşayış məntəqəsi üçün önəmini vurğuladı. Kənd sakini Qənimə İsrafilova göstərdiyi diqqət və qayğıya görə sakinlər adından dövlətimizin başçısına minnətdarlığını bildirdi. Sonda xatirə şəkli çəkdirildi. X X X Sonra Prezident İlham Əliyev Kür-Bakı su kəmərindən Hacıqabul şəhərinə içməli suyun gətirilməsi mərasimində iştirak etdi. Dövlətimizin başçısı Hacıqabul şəhərinin su təchizatı planı və Şirvan-Muğan su kəmərinin texniki göstəricilərini əks etdirən stendlərə baxdı. Prezident İlham Əliyev şəhərə içməli suyun verilməsini bildirən düyməni basdı. Dövlətimizin başçısı Hacıqabul rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. X X X Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabula səfəri çərçivəsində Daxili Qoşunların “N” saylı hərbi hissəsində aparılan yenidənqurma işləri ilə tanış oldu. Dövlətimizin başçısı hərbi şəhərciyin ərazisini gəzdi, yenidən qurulan 70 mənzilli zabit yataqxanasına baxdı. X X X Daha sonra Prezident İlham Əliyev Hacıqabulda Gilan Seramik Parkında seramik plitələr istehsalı zavodunun açılışında da iştirak etdi. Müəssisə ilə tanış olan dövlətimizin başçısına Gilan Seramik Parkında inşa ediləcək daha bir istehsal sahəsi - yeni keramaqranit zavodu barədə məlumat verildi. Dövlətimizin başçısı gilizi zavodun təməlinə buraxdı, beton qarışığı tökən qurğunu işə saldı. Prezident İlham Əliyev daha sonra müəssisədə yaradılmış sərgi salonu ilə tanış oldu. Salonda zavodda istehsal olunan və olunacaq məmulatların nümunələri nümayiş etdirilir. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.