|
16 aprel 2013, 18:20
“Ali audit qurumlarının potensialının gücləndirilməsinin müasir çağırışları” mövzusunda IV beynəlxalq konfransın iştirakçılarına
Hörmətli konfrans iştirakçıları! Sizi - Azərbaycan Respublikası Hesablama Palatasının təşkilatçılığı ilə Ali Audit Qurumlarının Avropa Təşkilatına və Ali Audit Qurumlarının Ərəb Təşkilatına üzv qurumların IV beynəlxalq konfransının iştirakçılarını paytaxt Bakı şəhərində salamlayır və konfransın işinə müvəffəqiyyətlər arzulayıram. Konfransınızın yüksək statusu Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 66-cı sessiyasında qəbul edilən və ictimai resursların rasional istifadəsində ali audit qurumlarının rolunun yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyan “Ali audit qurumlarının gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılması haqqında” Qətnamənin çağırışlarının həyata keçirilməsinə dünya ölkələri ilə birgə Azərbaycanın da artan marağının bariz nümunəsidir. Ölkəmizdə belə mühüm tədbirin təşkilini qabaqcıl idarəetmə metodlarının tətbiqində və dövlət vəsaitlərinin istifadəsi zamanı şəffaflığın artırılmasında audit qurumlarının potensialının gücləndirilməsi istiqamətində fəaliyyətlərin dəstəklənməsi olaraq qəbul edirik.
İnanıram ki, Bakı konfransı qazandığınız müsbət təcrübəyə arxalanmaqla təşkilatlarınız arasında qarşılıqlı işgüzar münasibətlərin daha da dərinləşməsinə və müasir çağırışların uğurla gerçəkləşdirilməsinə zəmin yaradacaq, bütövlükdə dövlət maliyyə nəzarəti orqanlarının işinin səmərəliliyinin yüksəldilməsinə töhfələr verəcəkdir. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.