|
16 aprel 2013, 18:30
İlham Əliyev İndoneziya Parlamenti Nümayəndələr Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev İndoneziya Respublikası Parlamenti Nümayəndələr Palatasının sədri Marzuki Alienin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlət başçısı Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında münasibətlərin ikitərəfli formatda uğurla inkişaf etdiyini bildirdi, əlaqələrimizin siyasi, iqtisadi, parlamentlərarası əməkdaşlıq və digər sahələrdə genişləndirildiyini vurğuladı. Son vaxtlar siyasi əlaqələrimizin daha da intensivləşdiyini deyən Prezident İlham Əliyev bu əməkdaşlığın inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə daim qarşılıqlı dəstək verdiklərini deyən dövlətimizin başçısı bu dəstəyin gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev İndoneziya Respublikası Parlamenti Nümayəndələr Palatasının sədri Marzuki Alienin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirdi. İndoneziya Respublikası Parlamenti Nümayəndələr Palatasının sədri Marzuki Alie ölkələrimiz arasında əlaqələrin təhsil, turizm, ticarət, tikinti və digər sahələrdə genişləndirilməsi üçün də böyük imkanların olduğunu vurğuladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi, münaqişənin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri nəzərə alınmaqla beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu dedi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.