İlham Əliyev Mingəçevirdə 502 məcburi köçkün ailəsi üçün yeni salınan məhəllədə yaradılan şəraitlə tanış olmuşdur

17 aprel 2013, 15:15
İlham Əliyev Mingəçevirdə 502 məcburi köçkün ailəsi üçün yeni salınan məhəllədə yaradılan şəraitlə tanış olmuşdur

Prezident İlham Əliyev Mingəçevirdə 502 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllədə yaradılan şəraitlə tanış olmuşdur.

Dövlət başçısı yeni məhəllənin sxeminə və Mingəçevirdəki məktəb binaları və uşaq bağçalarında müvəqqəti məskunlaşan məcburi köçkün ailələrinin yaşayış şəraitini əks etdirən fotolardan ibarət stendlərə baxdı.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verdi ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsində bu gün ölkəmizdə çadır şəhərciyi qalmamış, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülmüşlər. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilmiş, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Mingəçevirdə 502 məcburi köçkün ailəsi üçün salınan yeni məhəllədə yaradılan şərait bunu bir daha təsdiqləyir.

Bildirildi ki, bu kateqoriyadan olan insanlara göstərilən diqqət və qayğının təzahürüdür ki, 1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyev 81 Fərman və Sərəncam imzalamış, Nazirlər Kabineti 307 qərar vermiş, Milli Məclis 24 qanun qəbul etmişdir. 2003-2012-ci illərdə isə bu sahədə Prezident İlham Əliyevin 49 Fərman və Sərəncamı olmuşdur. Ötən dövrdə iki Dövlət Proqramı və onlara əlavələr təsdiq edilmiş və bu proqramlar uğurla icra olunmuşdur. 2001-2012-ci illərdə Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılan vəsait hesabına 31 min ailə və ya 140 min nəfərdən çox məcburi köçkün üçün 77 qəsəbə, hündürmərtəbəli evlərdən ibarət məhəllə və fərdi evlər tikilmişdir. Bu dövrdə 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb müəssisəsi, 2 Olimpiya-İdman Kompleksi, 37 rabitə evi inşa olunmuş, minlərlə kilometr uzunluğunda su, elektrik və qaz xətləri çəkilmişdir. Ümumilikdə məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 1993-2012-ci illərdə 5,4 milyard dollar vəsait xərclənmişdir. 2012-ci ildə Dövlət Neft Fondundan 300 milyon manat vəsait ayrılmışdır ki, bu da 2011-ci illə müqayisədə 2,2 dəfə çoxdur və bu vəsait hesabına 4 min ailə, yəni 20 min məcburi köçkün üçün ümumi sahəsi 260 min kvadratmetr olan 8 qəsəbə və məhəllə salınacaqdır. Bu il ümumilikdə məcburi köçkünlərin sosial problemlərinin həllinə 590 milyon manat vəsaitin ayrılacağı nəzərdə tutulmuşdur.

Dövlətimizin başçısı Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsi Səidə İbrahimovanın mənzilində yaradılmış şəraitlə maraqlandı.

Qeyd edildi ki, ailə üzvlərinin sayı beş nəfərdən ibarət olan Səidə İbrahimovanın mənzili dördotaqlıdır. Burada ailənin yaşaması üçün hər cür şərait yaradılmışdır.

Məcburi köçkünlər üçün yaradılan gözəl şəraitə görə Azərbaycan Prezidentinə təşəkkür edən mənzilin sahibi Səidə İBRAHİMOVA dedi:

- Möhtərəm Prezident, Siz bizə elə bir hədiyyə etmisiniz ki, sevincimizin həddi-hüdudu yoxdur. Biz Sizi həmişə dəstəkləyirik. Gün o gün olsun, bu cür evləri Qarabağda tikəsiniz. Biz həmişə Sizi dəstəkləyirik. Allah Sizə, ailənizə cansağlığı versin. Biz Sizə minnətdarıq. Siz qaçqınlara, köçkünlərə, şəhid ailələrinə, veteranlara böyük qiymət verirsiniz.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, sizi təbrik edirəm, gözəl mənzildir. Burada rahat yaşamaq mümkün olacaqdır. Təkcə son üç ay ərzində Azərbaycanda üç böyük şəhərcik istifadəyə verilmişdir - Müşfiqabadda, Masazırda və Mingəçevirdə. Hər birində də 2000-3000 köçkün məskunlaşır. Əlbəttə ki, bu, həmişə deyirəm, müvəqqəti bir yerdir, ancaq rahat yerdir. Əsas məsələ o vaxt həll olunacaq ki, işğal altındakı torpaqlarda biz bundan da gözəl binalar tikəcəyik. O gün də gələcəkdir. Bu il 20 min köçkün yeni evlərə köçürüləcəkdir. Yəni, orta hesabla hər il Azərbaycanda bir şəhər salınır.
Burada bütün imkanlar vardır, şərait yaxşıdır, otaqlar genişdir, məktəb, uşaq bağçası, tibb məntəqəsi vardır. Burada rahat yaşamaq olar. Ancaq əlbəttə, biz çalışırıq ki, siz hamınız tezliklə öz doğma vətəninizə - Ağdama qayıdasınız.

Səidə İBRAHİMOVA: Sizin sayənizdə.

Prezident İlham ƏLİYEV: Mən də çalışıram ki, bunu tezləşdirək. Bir daha sizi təbrik edirəm, sizə cansağlığı arzulayıram.

X X X

Vurğulandı ki, bu məhəllə Prezident İlham Əliyevin 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunmuşdur. Buraya 502 ailə və ya 2006 məcburi köçkün köçürüləcəkdir. Həmin ailələrin 471-i Ağdam, 25-i Kəlbəcər, üçü Füzuli, üçü isə Şuşadandır. Məhəllənin ərazisi 9 hektardır və mənzillərin 36-sı birotaqlı, 261-i ikiotaqlı, 180-i üçotaqlı, 27-si isə dördotaqlıdır.

Burada klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası və poçt şöbəsi tikilmişdir. Su, elektrik və qaz təchizatı şəbəkələri Mingəçevir şəhərinin kommunikasiyalarına qoşulmuşdur. Yeni məhəllə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə inşa olunmuşdur. Məhəllənin tikintisinə 2012-ci ilin aprelində başlanılmış, bu ilin martında tam başa çatdırılmışdır.

Prezident İlham Əliyev məhəllədə tikilən 480 yerlik Ağdam rayon 52 nömrəli tam orta məktəbi ilə də tanış oldu.
Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsilə qayğısını və Ağdamdan olan məcburi köçkünlərlə görüşünü əks etdirən fotostendlər yaradılmışdır. Burada, həmçinin indiyədək istifadəyə verilən yeni qəsəbələrin fotostendləri də qurulmuşdur.

Bildirildi ki, yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlığı ilə təmin edilən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət edir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə bənzərsizliyi ilə seçilmişdir. Bu məhəllə qaçqın və məcburi köçkünlər üçün indiyədək salınan sayca 79-cu yaşayış məntəqəsidir.

Dövlətimizin başçısı yaradılan şəraiti yüksək qiymətləndirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35