|
17 aprel 2013, 17:15
İlham Əliyev Çexiya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Çexiya Respublikasının Deputatlar Palatasının sədr müavini, Çexiya-Azərbaycan dostluq qrupunun sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edən qarşılıqlı səfərlərin və görüşlərin önəmini vurğuladı. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini bundan sonra da verməkdə davam edəcəkdir. Ölkələrimizin istər ikitərəfli, istərsə də Avropa İttifaqı çərçivəsində uğurlu əməkdaşlıq etdiyini söyləyən dövlətimizin başçısı Çexiyada bu əməkdaşlığa mane olan addımların atıldığını da təəssüflə qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Çexiyanın xarici işlər naziri Karel Şvarsenberqin Azərbaycan və Xocalı soyqırımı ilə bağlı həqiqəti əks etdirməyən və heç bir əsası olmayan, qərəzli bəyanatlar verməsi Çexiya-Azərbaycan əlaqələrinin genişləndirilməsinə mane olan addımlardandır. Bu cür bəyanatların qəbuledilməz olduğunu deyən dövlətimizin başçısı Çexiya rəhbərliyinin ikitərəfli əlaqələrin inkişafına xələl gətirən bu cür hallara münasibət bildirəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Çexiya-Azərbaycan dostluq qrupunun sədri kimi Yan Hamaçekin Azərbaycana bu səfərinin parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi. Çexiya Respublikasının Deputatlar Palatasının sədr müavini, Çexiya-Azərbaycan dostluq qrupunun sədri Yan Hamaçek ölkələrimiz arasında ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində daha da genişləndirməyin əhəmiyyətini qeyd etdi. O, Çexiya parlamentinin Deputatlar Palatasının xarici əlaqələr komitəsinin Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar müdafiəsiz dinc əhaliyə qarşı törədilmiş etnik təmizləməni, kütləvi qırğın və soyqırımını qətiyyətlə pisləyən qətnamə qəbul etdiyini vurğuladı. 17 aprel 2013, 17:10
İlham Əliyev ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşavirini və ABŞ Beynəlxalq İnkişaf Agentliyi administratorunun müavinini qəbul etmişdir
more...
17 aprel 2013, 18:20
İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Mahmud Əhmədinejada
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.