Gerb

17 aprel 2013, 18:20

Hörmətli cənab Prezident,

Ölkənizin cənub-şərqində baş vermiş zəlzələnin doğurduğu ağır nəticələr barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 17 aprel 2013-cü il.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR