|
18 aprel 2013, 18:20
Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
XX əsrin ortalarında su elektrik stansiyasının tikilməsi ilə əlaqədar yaradılmış Mingəçevir şəhəri, sonralar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin diqqət və qayğısı, şəxsi təşəbbüsü və qətiyyətlə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublikamızın energetika mərkəzi olmaqla yanaşı, həm də iri sənaye şəhərinə çevrilmişdir. Burada ölkənin enerji təminatında müstəsna əhəmiyyət kəsb edən İstilik Elektrik Stansiyası, habelə elektroenergetika, maşınqayırma, neft-kimya, yüngül və yeyinti məhsulları sənayesi müəssisələri tikilmişdir. Bununla yanaşı son 20 ildə əhalisinin 20 faizə qədər artaraq yüz min nəfərə çatması, 21 min nəfər məcburi köçkünün məskunlaşması Mingəçevir şəhərinin əsaslı şəkildə inkişaf etdirilməsini, əhalinin məşğulluq probleminin həlli məqsədi ilə sənaye potensialının genişləndirilməsini, xüsusilə də yeni müəssisələrdən ibarət iri texnoparkların yaradılmasını zəruri etmişdir. Eyni zamanda, əhaliyə göstərilən sosial xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən Olimpiya idman kompleksinin tikilməsi, mərkəzi xəstəxananın əsaslı təmiri, 13 məktəb binasının inşası və ya yenidən qurulması, qazlaşdırma işlərinin başa çatdırılması, su-kanalizasiya sistemlərinin tikintisinin sürətləndirilməsi, çoxmənzilli yaşayış binalarında təmir-bərpa işlərinin aparılması, lift təsərrüfatının və istilik sisteminin əsaslı şəkildə yenidən qurulması tələb olunur. Mingəçevir şəhərinin kompleks inkişafı və respublikanın sənaye mərkəzlərindən birinə çevrilməsi üçün, o cümlədən sosial xidmət infrastrukturunun yeniləşdirilməsi, müasir şəhərsalma prinsiplərinə ciddi riayət etməklə geniş abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş digər tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.