Gerb

18 aprel 2013, 18:35

Hörmətli cənab Prezident,

Texas ştatındakı mineral gübrə istehsalı zavodunda baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması, eləcə də dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 18 aprel 2013-cü il.