|
18 aprel 2013, 19:25
İlham Əliyev Makedoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
Prezident İlham Əliyev Makedoniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qoran Taskovskinin etimadnaməsini qəbul etmişdir. Səfir Qoran Taskovski fəxri qarovul dəstəsinin qarşısından keçdi. Qoran Taskovski etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Səfir Qoran Taskovski Makedoniya Prezidenti Gyorge İvanovun salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycanda sürətli iqtisadi inkişaf proseslərinin şahidi olduğunu vurğulayan səfir ölkəsinin də yaxşı iqtisadi göstəricilər qazandığını dedi. O, iqtisadi sahədə əlaqələrimizin genişləndirilməsi üçün iş adamlarının qarşılıqlı səfərlərini təşkil etməyin zəruriliyini qeyd etdi. Makedoniya Prezidenti Gyorge İvanovla görüşünü məmnunluqla xatırlayan dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu vurğuladı. İqtisadi sahədə əməkdaşlığı genişləndirməyin vacibliyini qeyd edən Prezident İlham Əliyev qarşılıqlı investisiya qoyuluşunun, ticarət və birgə layihələrin həyata keçirilməsinin və digər sahələrdə imkanların müəyyənləşdirilməsinin önəmini vurğuladı. Dövlətimizin başçısı Prezident Gyorge İvanovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Makedoniya dövlətinin başçısına çatdırmağı xahiş etdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.