Gerb

19 aprel 2013, 14:30

Möhtərəm Prezident!

Sizin 2013-cü il aprelin 15-də Hacıqabul rayonuna növbəti səfəriniz zamanı rayonumuzda aparılan tikinti-quruculuq, abadlıq və yaşıllaşdırma işlərinə verdiyiniz yüksək qiymət ürəyimizi qürur hissi ilə doldurdu. Respublikamızda, eləcə də onun bir parçası olan Hacıqabulda görülən işlər məhz Sizin rayonumuza olan qayğı və diqqətiniz sayəsində mümkün olmuşdur. Sizin Hacıqabul-Paşalı-Tağılı avtomobil yolunun yenidən qurulması ilə bağlı 2012-ci il 5 dekabr tarixli Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamınız kənd əhalisinə, eləcə də biz ziyalılara göstərdiyiniz diqqət və qayğının bariz nümunəsidir. Sizin bu günlərdə rayonumuzun sosial-iqtisadi inkişafının davam etdirilməsi məqsədilə ayırdığınız 2 milyon manat vəsait Hacıqabulu daha abad və gözəl görmək istəyinizdən irəli gəlmişdir. Bizə göstərdiyiniz tükənməz qayğı və diqqətə görə Sizə ürəkdən təşəkkür edirik. Sizi əmin edirik ki, həmişə olduğu kimi, bundan sonra da Sizi dəstəkləyəcəyik.

Hörmətlə,

A.İbrahimov
S.Ağayev
A.Hacəliyev
A.Süleymanov
A.Məmmədov.

Azərbaycan Respublikası, Hacıqabul rayonu, Udlu kəndi.