Gerb

28 sentyabr 2010, 16:00

Müstəqil Azərbaycan dövlətinin qurulması ümummilli lider Heydər Əliyev adı ilə bağlıdırsa, Azərbaycan dövlətçiliyinin inkişafı və çiçəklənməsi gənc lider İlham Əliyevin xidmətləridir.

Cənab Prezident, Sizin yürütdüyünüz uğurlu siyasət Azərbaycanın iqtisadi inkişafına gətirib çıxartdı. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası, yeni iş yerlərinin açılması, tikinti-quruculuq, abadlıq işlərinin həyata keçirilməsi, iri müəssisə və obyektlərin, yeni məktəblərin, sosial iaşə obyektlərinin, olimpiya komplekslərinin tikilməsi və s. sadalamaqla bitməyən işlərin görülməsi Azərbaycanı sürətlə inkişaf etməkdə olan dövlətlərin sırasına çıxartmışdır.

Cənab Prezident, Sizin yürütdüyünüz siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə dünyanın supergüc dövlətləri ilə bir sırada öz qətiyyətli mövqeyini ortaya qoyur. Mən inanıram ki, Azərbaycan gənc lider İlham Əliyevin rəhbərliyi altında dünyanın güclü dövlətlərindən birinə çevriləcək və Qarabağ problemi tezliklə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunacaqdır.

Ruslan Yaqub oğlu Əkbərov,

Azərbaycan Respublikası, Bakı şəhəri,
Yeni Yasamal-2, ev 4, mənzil 36.