Gerb

19 aprel 2013, 14:35

Möhtərəm Prezident!

Bu günlər Hacıqabulun bütün sakinləri kimi rayonumuzun ziyalıları da Sizin 2013-cü il aprelin 15-də rayonumuza son səfərinizin təsiri altındadırlar. Sizin yüksək diqqət və qayğınız nəticəsində son illərdə respublikanın bütün bölgələri kimi Hacıqabul rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, ümumtəhsil məktəbləri yenidən qurulmuş, səhiyyə, mədəniyyət ocaqlarının maddi-texniki bazası möhkəmləndirilmiş, yeni yollar çəkilmiş, istehsal müəssisələri yaradılmışdır. Səfəriniz çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşünüz, Hacıqabulun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərlə yerində tanış olmağınız hər bir hacıqabullunun ürəyini qürur hissi ilə doldurmuşdur.

Hörmətli cənab Prezident, bütün bunlara görə rayonumuzun çoxsaylı ziyalıları adından Sizə dərin minnətdarlığımızı və səmimi təşəkkürlərimizi çatdırırıq. Əminliklə bildirmək istəyirik ki, rayonumuzun bütün sakinləri, o cümlədən ziyalılar Sizi ürəkdən sevirlər və həmişə Sizinlədirlər. Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar 2 milyon manat vəsait ayrılması barədə Sərəncamınız Hacıqabul rayonunu daha abad, daha gözəl görmək istəyinizin bariz nümunəsidir və bu vəsait rayonumuzun daha da çiçəklənməsinə xidmət edəcəkdir.

Ziyalılar adından dərin hörmətlə,

E.Əmiraslanov
Ş.Məmmədov
B.Qarayev
D.Həsənov
İ.İbrahimova
A.Baxşıyeva.

Azərbaycan Respublikası, Hacıqabul rayonu.