Gerb

22 aprel 2013, 12:30

Hörmətli cənab Prezident!

Sizin tərəfinizdən imzalanmış və bu il yanvar ayının 1-dən qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsi sadə vətəndaşlar üçün həqiqətən çox sevindirici yenilikdir. Sərbəst yaşayış yeri seçmək hüququnun tam təmin edilməsi baxımından bu Məcəllənin böyük əhəmiyyəti vardır. Bu Məcəllənin müddəalarına uyğun olaraq mən neftçi ailəsi olaraq Badamdar qəsəbəsində mülkiyyətimdə olan torpaq sahəsində ev tikməyə başladım. Ümid edirəm ki, qarşıdan gələn Prezident seçkilərinə qədər evimi tikib başa çatdıracaq və ailəmlə birlikdə Sizə səs verməyə yeni evimizdən gələcəyəm.

Ailəm adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Fərzəliyev Hüseynağa Müslüm oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Badamdar qəsəbəsi.