Gerb

28 sentyabr 2010, 16:34
1701

Prezident İlham Əliyev İran İslam Respublikasının birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavini Əli Ağaməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə İran arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulandı və ölkələrimizin birgə əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.