|
23 aprel 2013, 13:45
İlham Əliyev “Commerzbank AG” bankının idarə heyəti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev “Commerzbank AG” bankının idarə heyətinin sədri Martin Blessinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycana ilk dəfə 5 il bundan əvvəl səfər etdiyini xatırlayan Martin Blessinq ötən dövr ərzində ölkəmizdə gedən sürətli iqtisadi inkişaf proseslərinin şahidi olduğunu qeyd etdi. O, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanda həyata keçirilən məqsədyönlü tədbirlərin önəmini vurğuladı. Dövlətimizin başçısı “Commerzbank AG” bankının idarə heyətinin sədri Martin Blessinqin ölkəmizə səfərinin əməkdaşlığın inkişafı ilə bağlı görülən işlərin və bu əməkdaşlığın perspektivlərinin nəzərdən keçirilməsi üçün yaxşı fürsət yaratdığını dedi. Azərbaycanda son illər sürətli iqtisadi inkişafa nail olunduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə iqtisadi, sosial, infrastruktur layihələrinin uğurla həyata keçirildiyini vurğuladı. Görüşdə “Commerzbank AG” bankı ilə ölkəmiz arasında qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatının müasir texnika ilə təmin olunması və məhsuldarlığın artırılması üzrə məsələlər ətrafında fikir mübadiləsi aparıldı. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.