Gerb

23 aprel 2013, 16:00

Hörmətli cənab Prezident!

Ölkəmizdə aparılan abadlıq-quruculuq işləri respublikamızın inkişafından xəbər verir. Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün ayırdığınız vəsait biz təhsil işçilərini ürəkdən sevindirdi. Şəhərimizin 13 məktəbinin yenidən inşası və əsaslı təmiri haqqında göstərişləriniz Sizin tərəfinizdən şəhərimizin təhsil işçilərinə olan böyük diqqətdir.

Sizin bu diqqətinizi şəhərimizin ziyalılarına olan böyük qayğı hesab edir və bir təhsil işçisi kimi məktəbimizin kollektivi adından Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının inkişafı naminə fəaliyyətinizdə Sizə daha böyük uğurlar, qarşıdan gələn Prezident seçkilərində isə parlaq qələbələr arzulayıram.

Şəhər 18 saylı tam orta məktəbin kollektivi adından dərin hörmətlə,

Əlləzov Əhməd Alı oğlu.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.