Gerb

23 aprel 2013, 17:20

Hörmətli cənab Prezident,

İtaliya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, bu tarixi hadisə münasibətilə Sizə ən xoş arzularımı yetirirəm.

Bu gün Azərbaycan-İtaliya münasibətləri dinamik inkişaf yolundadır. Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi xalqlarımız və ölkələrimiz arasındakı ənənəvi dostluq əlaqələrinin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İtaliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı, 23 aprel 2013-cü il.