Gerb

24 may 2010, 17:40
152

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının xarici işlər naziri Əhməd Abul Ğeytin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulamışdır. Prezident İlham Əliyev Misirə rəsmi səfəri zamanı keçirdiyi görüşləri xatırlayaraq Azərbaycan ilə Misir arasında müxtəlif səviyyəli tədbirlərin əhəmiyyətini qeyd etmişdir. Dövlətimizin başçısı Misirin xarici işlər naziri Əhməd Abul Ğeytin ölkəmizə səfərinin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olacağına əminliyini bildirmişdir.

Xarici işlər naziri Əhməd Abul Ğeyt Misir Ərəb Respublikasının Prezidenti Hüsni Mübarəkin salamlarını və məktubunu dövlətimizin başçısına çatdırmışdır. Qonaq ölkəmizdə gedən sürətli inkişaf proseslərinin, sabitlik və əmin-amanlığın, yaradılmış müasir infrastrukturun, inşa olunan yeni obyektlərin onda böyük təəssürat doğurduğunu demişdir.

Dövlət başçısı son illər ərzində ölkəmizdə bütün sahələrdə sürətli inkişafın əldə olunduğunu bildirərək paytaxtımızda və bölgələrdə mühüm layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır. Prezident İlham Əliyev ölkəmizin güclü və müasir bir dövlətə çevrilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini vurğulamışdır.

Prezident İlham Əliyev Misir dövlətinin başçısı Hüsni Mübarəkin salamlarına görə minnətdarlığını bildirmiş, onun da salamlarını Misir Prezidentinə çatdırmağı xahiş etmişdir.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR