Gerb

24 aprel 2013, 14:45

Hörmətli cənab Prezident!

Respublikamızda aparılan abadlıq və quruculuq işləri nəticəsində bütün regionlarda sosial-iqtisadi inkişaf özünü göstərməkdədir. Bu inkişafın bariz nümunəsini Binəqədi rayonunda da görürük.

Möhtərəm Prezident, Sizin aprelin 22-də Binəqədi rayonuna səfəriniz biz binəqədililəri həddən artıq sevindirdi. Binəqədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Xocasən və Binəqədi qəsəbələrinin daxili yollarının əsaslı təmiri üçün imzaladığınız Sərəncama görə Sizə bu qəsəbələrin sakinləri adından dərin hörmət və ehtiramımı bildirirəm.

Ulu Tanrı Sizə yar olsun!

Dərin hörmətlə,

İsgəndərli Cəlal.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi.