24 aprel 2013, 14:50

İnarə Həsənovadan, Mingəçevir, Azərbaycan

Möhtərəm Prezident!

Mingəçevirin yenidən müasir sənaye mərkəzinə çevrilməsi, burada texnoparkın yaradılması barədə göstərişləriniz bizdə belə bir əminlik yaradır ki, yaxın vaxtlarda şəhərimizdə işsizlik tam aradan qaldırılacaq, əhalinin maddi rifahı daha da yüksələcəkdir. Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında imzaladığınız sərəncamlar şəhərimizə, onun qədirbilən insanlarına göstərdiyiniz yüksək qayğının təzahürüdür. Bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Həsənova İnarə.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.