Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

“Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size Plus Minus

24 aprel 2013, 19:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”də “səlahiyyətli orqan” dedikdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:

3.1. “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin 4.3-cü bəndinin ikinci cümləsində, 7.1.6-cı, 7.1.17-ci yarımbəndlərində, 9.2-ci bəndinin birinci cümləsində, 9.3-cü bəndinin ikinci cümləsində, 9.6.6-cı yarımbəndində, 9.7-ci bəndində, 9.10-cu bəndinin birinci və üçüncü cümlələrində, 9.11-ci və 13.3-cü bəndlərində nəzərdə tutulmuş aktları qəbul etsin;

3.2. “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”dən irəli gələn digər funksiyaları həyata keçirsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi