Gerb

25 aprel 2013, 13:45

Hörmətli cənab Prezident!

Müstəqil Azərbaycanımızın daha da inkişaf etməsi, xalqımızın firavan yaşayışının təmin olunması naminə həyata keçirdiyiniz məqsədyönlü tədbirlər ölkə vətəndaşı kimi məni çox sevindirir. Respublikamızın hər yerində, o cümlədən şəhərimizdə aparılan tikinti-quruculuq, abadlıq, yenidənqurma işləri hər kəsin ürəyincədir. Aprelin 18-də imzaladığınız sərəncamlarla Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün ayrılmış vəsait uğurla aparılan bu işlərin daha geniş vüsət alması üçün yeni zəmin yaratdı. Şəhərimizin sənaye mərkəzinə çevrilməsi üçün atılmış bu addım mingəçevirlilər tərəfindən yüksək qiymətləndirilir.

Möhtərəm Prezident, bu, Sizin şəhərimizə, onun sakinlərinə göstərdiyiniz yüksək qayğının parlaq təzahürüdür. Bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Zakirov Şahmurad.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.